"Amerikanın Səsi"nin daha 800 əməkdaşı ixtisar olunacaq

00:06 - 29 May 2025 - DÜNYA

"Amerikanın Səsi" radiostansiyasının qalan tam ştatlı işçilərinə bu həftə işdən çıxarılmaları barədə məlumat veriləcəyi gözlənilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Politico” qəzeti radiostansiyanın adı açıqlanmayan dörd əməkdaşına istinadən məlumat yayıb.

“The New York Times”ın (NYT) daha əvvəl xəbər verdiyi kimi, mayın 15-də ABŞ prezidenti Donald Trampın administrasiyası “Amerikanın səsi” radiosunun 600 əməkdaşını ixtisar etmək qərarına gəlib.

"Politico"ya görə, yeni ixtisar dalğasının təxminən 800 nəfərə təsir edəcəyi gözlənilir. Məqalədə qeyd edildiyi kimi, radiostansiyanın rəhbərliyi işçilərə yaxın günlərdə ixtisar bildirişlərinin göndəriləcəyi barədə xəbərdarlıq edib. Qəzetin həmsöhbətlərindən biri qeyd edib ki, ixtisar bildirişləri mayın 28-də göndərilə bilər.

Xəbər xətti