Ermənistan sülh müqaviləsi imzalamaq üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparır.
Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
"Tərəflər bəyan etdilər ki, müqavilə layihəsi razılaşdırılıb və onun imzalanması qalıb. Biz hazırda sülh müqaviləsinin imzalanması üçün diplomatik kanallar vasitəsilə Azərbaycanla məsləhətləşmələr aparırıq", - deyə o, bildirib.