Yola qanunda olmayan nişan quraşdırdılar -  sürücülər çaş-baş qaldı - Video

17:08 - 29 May 2025 - AVTO

Bakıda quraşdırılmış yol nişanı sürücülərdə çaşqınlıq yaradıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə məlumat göndərib. Avtosfer.az xəbər verir ki, videogörüntü paytaxtın Zərifə Əliyeva küçəsilə Neftçilər prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, sözügedən yolda təşkil edilmiş avtobus zolağının sonuna qanunda olmayan yol nişanı quraşdırılıb. Bu nişan avtobus zolağını bildirən 5.9 nişanının üzərindən qırmızı xətt çəkilmiş formasıdır. Hərəkətin təşkili ilə məşğul olan qurum bu üsulla avtobus zolağının başa çatdığını göstərməyə çalışıb.

Lakin nə "Yol hərəkəti haqqında" qanunda, nə də ki, "Yol nişanları və siqnalları haqqında" konvensiyada belə bir nişan nəzərdə tutulmayıb.

Qanunvericiliyə əsasən, əgər avtobus zolağı növbəti yolayrıcında xüsusi nişan və nişanlanma xətləri ilə təkrar göstərilmirsə, bu, həmin zolağın bitməsi kimi qiymətləndirilir. Bu səbəbdən əlavə nişanın quraşdırılmasına ehtiyac yoxdur və bu cür nişanların tətbiqi qanunvericiliyə ziddir.

Xəbər xətti