Çin asteroidləri tədqiq üçün missiya buraxıb

07:44 - 29 May 2025 - DÜNYA

Çin asteroidləri tədqiq etmək üçün “Tyanven-2” zondunu uğurla buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik İdarəsinə (CNSA) istinadən Sinxua Xəbər Agentliyi məlumat verib.

“Tianven-2” zondu ölkənin cənub-qərbindəki Xichang Peyk Atış Mərkəzindən (Siçuan əyaləti) “Long March-3B” daşıyıcı raketindən istifadə edilməklə buraxılıb”, - məlumatda deyilir.

Zond Yerə yaxın olan 2016HO3 asteroidindən nümunələr toplamaq və Mars və Yupiter arasındakı əsas asteroid qurşağında yerləşən 311P kometini öyrənmək üçün istifadə olunacaq. 10 illik missiyanın vəzifəsi asteroidlərin və ilk günəş sisteminin formalaşması və təkamülünü öyrənməkdir.

Xəbər xətti