Xəzər Universitetində tələbə bıçaqlanıb - RƏSMİ AÇIQLAMA

13:05 - 29 May 2025 - HADİSƏ

Xəzər Universitetində tələbə bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Ucnoqta.az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:

"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.

Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.

11:55

Xəzər Universitetində tələbələr arasında dava düşüb.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.

Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.

Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xəbər xətti