Yəmənin “Ənsar Allah” üsyançı hərəkatından olan husilər bir həftə ərzində ümumilikdə 14 raket və pilotsuz təyyarə ilə İsrail ərazisində müxtəlif hədəfləri vurub.
Ucnoqta.az xəbər verir ki, bu, hərəkatın lideri Əbdül Malik əl-Husinin çıxışı Al Masirah telekanalı tərəfindən yayımlanan bəyanatında deyilir.
“Bu həftə biz 14 hipersəs və ballistik raket və pilotsuz uçan aparatlardan istifadə edərək hərbi əməliyyatlar həyata keçirdik”, - Əl-Husi deyib.
Onun sözlərinə görə, zərbələrin hədəfi İsrailin Təl-Əviv, Hayfa, Aşkelon və Eylat şəhərlərində yerləşən obyektlər olub.