Xəzər Universitetində tələbə bıçaqlanıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Ucnoqta.az-a bildirib ki, bu gün Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", məlumatda bildirilib.
Qeyd edək ki, hadisənin Xəzər Universitetində baş verdiyi, bıçaqlanan şəxsin tələbə olduğu bildirilir.
11:55
Xəzər Universitetində tələbələr arasında dava düşüb.
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, tələbələrdən biri digərini bıçaqlayıb.
Hadisə yerinə təcili yardım qrupu və polis əməkdaşları cəlb edilib.
Yaralı tələbənin xəstəxanaya yerləşdirildiyi bildirilir.