General-mayor Rəfail Mehdiyevin Fövqəladə Hallar Nazirliyindəki (FHN) fəaliyyətinə xitam verilib.
Ucnoqta.az bu barədə "qaynarinfo"ya istinadən xəbər verir.
Məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rəfail Mehdiyev nazirlikdəki vəzifələrindən azad edilib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi olan Rəfail Mehdiyev ötən ilin oktyabr ayında sözügedən xidmətin tibb işləri üzrə rəis müavini, bu ilin mart ayında Xidmət rəisi əvəzedicisi təyin olunmuşdu.