Ağdaşda avtomobil qatarla toqquşub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində yerləşən və avtomobillər üçün nəzərdə tutulmuş dəmiryolu keçidində baş verib.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan 1994-cü il təvəllüdlü Emil Lətifov, 1988-ci il təvəllüdlü Ceyhun Şirinov və 1996-cı il təvəllüdlü Pərvin Xasməmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.