Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, News1 agentliyinin məlumatına görə, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus P-3 Orion patrul təyyarəsinin göyərtəsində olan ən azı iki nəfər həlak olub.
Hərbi təyyarənin göyərtəsində dörd nəfər olub. Hazırda xüsusi xidmət orqanları iki meyit tapmağa nail olub.