İsrail Yəməndə beynəlxalq hava limanına zərbələr endirib

12:30 - 28 May 2025 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələri “Ənsar Allah” üsyançı hərəkatının husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənanın beynəlxalq hava limanına silsilə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Səna hava limanına azı dörd zərbə endirib. "Yemenia Airways" şirkətinə məxsus təyyarə, eləcə də hava limanının uçuş zolağı atəşə tutulub.

Xəbər xətti