Nazir generalı işdən çıxardı - YENİ TƏYİNAT

21:38 - 31 May 2025 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov sərəncama götürülüb.

Ucnoqta.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müfaviq əmr imzalayıb.
Nazirin digər əmri ilə bu vəzifəyə polkovnik Elnur Məhərrəmov gətirilib.

Qeyd edək ki, Elnur Məhərrəmov bu təyinatadək Gəncə Regional Mərkəzinin rəisi olub. Məhərrəm Həsənov isə 2022-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunmuşdu.

Xəbər xətti