Rusiyadan Belarusa yeni Mi-35M nəqliyyat və hücum helikopterləri gəlib və onlar tezliklə döyüş növbəsinə keçəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb.
Baş Qərargah rəisi - Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının birinci müavini Sergey Frolovun verdiyi məlumata görə, texnikalar tezliklə döyüş növbəsinə keçəcək.
"Mi-35 helikopteri Mi-24 helikopterinin dərin modernləşdirilməsidir. Bu gün bu helikopter bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Bu helikopter tezliklə döyüş növbətçiliyinə çıxacaq", - bildirilir.