Polşada prezident seçkilərində Navrotski qalib gəlir

07:06 - 2 İyun 2025 - DÜNYA

Polşada keçirilən prezident seçkilərində bülletenlərin 99,8%-i Respublika Dövlət Seçki Komissiyası tərəfindən emal edildikdən sonra müxalifətdəki Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlir.

Ucnoqta.az xəbər verir ki, TVP Info-nun dərc etdiyi bu məlumatlara görə, Navroçki 50,9%, hakim Vətəndaş Koalisiyasının namizədi Rafal Trzaskowski isə 49,1% səs toplayıb.

Bülletenlərin 99,93%-i işləndikdən sonra vəziyyət dəyişməyib.

Polşada prezident seçkilərinin ikinci turu iyunun 1-də keçirilib. Dövlət Seçki Komissiyası rəsmi nəticələri iyunun 2-də elan etməyi planlaşdırır.

Xəbər xətti