Tramp Maskı dahi və uşaq qarışığı hesab edir

09:16 - 31 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp köməkçiləri ilə söhbətində ABŞ Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) nəzarət edən milyarder İlon Maskı “50% dahi, 50% uşaq” kimi xarakterizə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə günü Wall Street Journal (WSJ) Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Onların bəziləri Trampdan başqa bir “proporsiya” – “90% dahi, 10% uşaq” haqqında eşidiblər. Qəzetin həmsöhbətlərinin dediyinə görə, Amerika lideri bir dəfə öz müşavirlərindən Maskın büdcə xərclərini 1 trilyon dollar azaltmaq vədinin “cəfəngiyyat” olub-olmadığını soruşub. Bu, prezidentin iş adamının administrasiyasındakı fəaliyyətinə şübhə və narazılığından xəbər verirdi.

Nəşrin qeyd etdiyi kimi, Mask dövlət xərclərini azaltmaq üçün başqa bir addım atmazdan əvvəl çox vaxt heç kimlə məsləhətləşmədiyi üçün dəfələrlə yüksək vəzifəli məmurlarla toqquşub.
Biznesmen hətta Ağ Evin aparat rəhbəri və Trampın ən yaxın məsləhətçilərindən biri olan Syuzan Uayls ilə öz hərəkətlərini koordinasiya etməyib. Nəticədə dövlət başçısı işə qarışmaq məcburiyyətində qalıb və Uilsə milyarderin komandasının işinə fəal nəzarət etməyi tapşırıb.

Xəbər xətti