Erməni kilsəsi Paşinyanı ittiham edib

15:50 - 30 May 2025 - Xəbər

Ermənistanın baş naziri Nikol Paşinyanın erməni kilsələrini “zibil olan şkaflara” bənzədən bəyanatları dövlətlə kilsə arasında qarşılıqlı hörmətin əsaslarını sarsıdıb, cəmiyyətdəki mənəvi tarazlığı təhdid edir.

Ucnoqta.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin (AAK) Sünik yeparxiyasının primatı, yepiskop Makar Akopyan deyib.

"Bu, sadəcə olaraq linqvistik səhv deyil. Dövlət rəhbəri kilsə haqqında belə sözlərlə danışarkən dolayı yolla dövlətlə kilsə arasında qarşılıqlı hörmətin əsaslarını pozur və cəmiyyətin mənəvi tarazlığını təhlükə altına alır", - Sünik Yeparxiyasının Facebook səhifəsində dərc olunan bəyanatda deyilir.

Akopyan əlavə edib ki, ruhanilər baş nazirin kilsələri “zibillərlə dolu şkaflar” adlandıran bəyanatından narahatdırlar.
“Bu, nəinki yersiz və son dərəcə təəssüf doğuran müqayisə, həm də əsrlər boyu xalqımızın mənəvi işığı, milli dözümlülük mənbəyi olan bir quruluşa yönəlmiş təhqir və hörmətsizlik xarakteristikasıdır”, - deyə yepiskop əlavə edib.

Mayın 29-da hökumətin iclası zamanı Paşinyan qəfildən erməni kilsəsinin “hər cür zibilin saxlandığı şkaf”a çevrildiyini deyib.

Xəbər xətti