Ermənistanın Baş naziri Nikol Paşinyan Fransada 3,1 milyon avroya villa alıb
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, Fransa mediası korrupsiyada şübhələnir.
Fransa mediası (Le Parisien, France Info) Ermənistanın baş naziri Nikol Paşinyanın 2025-ci ilin mayında 3,1 milyon avroya Marseldə dəbdəbəli villa aldığını yazır.
Ehtimal olunur ki, satınalma Fransa İnkişaf Agentliyinin (AFD) və Fransadakı erməni diasporunun (CCAF) Ermənistana yardım üçün nəzərdə tutulan vəsaitləri hesabına maliyyələşdirilə bilərdi.
Jurnalistlər humanitar və büdcə vəsaitlərinin sui-istifadə edilməsindən şübhələnirlər.
Paşinyanın sövdələşməyə şərait yarada biləcək Marsel meri Benoit Payanla yaxın əlaqələri də qeyd edilir.