Fuad Bağırov federasiyanın yeni prezidenti oldu

20:50 - 30 May 2025 - İDMAN

Azərbaycan Motosiklet İdman Federasiyasına yeni prezident seçilib.

Ucnoqta.az xəbər verir ki, mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə keçirilən seçki nəticəsində Fuad Bağırov federasiyanın yeni prezidenti olub.

Eyni zamanda, Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Seçkidən sonra çıxış edən Fuad Bağırov göstərilən etimada görə təşəkkür edib və motosiklet idmanının inkişafı üçün bütün imkanlarını səfərbər edəcəyini bildirib.

Xəbər xətti