İtaliyanın "Milan" futbol klubunun rəhbərliyi Massimiliano Alleqrini baş məşqçi təyin edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
İtaliyalı ilə müqavilənin müddəti açıqlanmayıb. Alleqri mayın 29-da postunu tərk edən portuqaliyalı Serxio Konseysaonu əvəzləyib.
Alleqrinin 57 yaşı var, onun son iş yeri 2021-2024-cü illərdə çalışdırdığı İtaliya "Yuventus"u olub.
Mütəxəssis bundan əvvəl 2014-2019-cu illərdə Turin komandasına başçılıq edib.Alleqrinin rəhbərliyi altında "Yuventus" 5 dəfə İtaliya çempionu olub (2015-2019), 5 dəfə ölkə kubokunun qalibi (2015-2018, 2024) və iki dəfə Çempionlar Liqasının finalına yüksəlib (2015, 2017).