Gecə ərzində 162 Ukrayna dronu vurulub

08:14 - 2 İyun 2025 - DÜNYA

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə 162 Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-ların əksəriyyəti Kursk vilayəti üzərində ələ keçirilib - 57. Həmçinin, Belqorod vilayəti üzərində 31, Lipetsk üzərində 27, Voronej üzərində 16, Bryansk və Ryazan üzərində 11, Oryol üzərində 6, Krım üzərində iki, Tambov vilayəti üzərində bir pilotsuz təyyarə vurulub.

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Rusiya bölgələrində yerləşən hərbi aerodromlara PUA hücumu edib. Rusiya Ordusunun 40-dan çox strateji hərbi təyyarəsi məhv edilib.

Xəbər xətti