Günəşdə güclü alışma baş verib

11:33 - 31 May 2025 - Cəmiyyət

Mayın 31-də Günəşdə bu il ən böyük plazma atılması ilə müşayiət olunan ən yüksək X sinfinə yaxın alışma qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş Yer Fizikası İnstitutunun saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilir ki, bu il tam Yerə yönəlmiş ən böyük kütləvi atılma bu gecə bir sıra kosmik izləmə vasitələri tərəfindən Günəşdə qeydə alınıb.

Alimlər plazma buludunun Yerə iyunun 1-də axşam gələcəyini proqnozlaşdırırlar. İlkin olaraq, bu il pik dəyərləri G4-ə qədər olan ən böyük maqnit qasırğalarına səbəb ola bilər.

Xəbər xətti