İsrail Hərbi Hava Qüvvələri cümə günü gecə Livanın şərqindəki Bekaa vadisinə yeni hava zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, İsrail əvvəllər bu obyektə hücum edib, lakin bu yaxınlarda hərbçilər "Hizbullah"ın silahlı birləşmələrinin onu bərpa etmək cəhdlərini aşkar ediblər.