İsrail və Suriya ABŞ vasitəçiliyi ilə təhlükəsizlik əlaqələrini bərpa ediblər.
Ucnoqta.az xəbər verir ki, bu, İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi tərəfindən təsdiqlənib.
Ofis qeyd edib ki, bu əlaqələr zamanı İsrail regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsinə sadiqliyini təsdiqləyib və həmçinin hər iki ölkənin maraqlarına uyğun iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Bildirilir ki, tərəflər ortaq məqsədləri irəli aparmaq və Suriyadakı druz azlığının təhlükəsizliyini təmin etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər".