ABŞ-nin Venesuelaya hücumları qlobal təchizat zəncirlərini təhdid edir - Çin XİN

11:55 - 7 Yanvar 2026 - DÜNYA

ABŞ-nin Venesuelaya qarşı hərbi əməliyyatı qlobal enerji bazarlarının və təchizat zəncirlərinin sabitliyinə birbaşa təhlükə yaradıb.

Ucnoqta.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bu barədə brifinqdə bildirib.

O qeyd edib ki, Vaşinqton uzun müddətdir ki, ölkə iqtisadiyyatını qanunsuz birtərəfli sanksiyalarla boğur.

Mao Ninq vurğulayıb ki, Çin və Venesuela arasında neft kəşfiyyatı və emalı da daxil olmaqla birgə enerji layihələri beynəlxalq hüquq və iki suveren dövlətin qanunları ilə qorunur. Pekin onların bütövlüyünü qorumaq niyyətindədir.

Xəbər xətti