RF Perm bölgəsindəki "Aşatlı Park" istirahət mərkəzində iki nəfərlik şəxsi helikopter qəzaya uğrayıb.
Ucnoqta.az BAZA-ya istinadən xəbər verir ki, pilot həlak olub, sərnişin isə ağır sınıq xəsarəti alıb.
Məlumata görə, helikopterdə xizək kurortunun yanından uçan iki qardaş olub.