2-ci sinif şagirdi dəm qazından boğuldu

19:54 - 7 Yanvar 2026 - Xəbər

Abşeron rayonunun Saray qəsəbəsində şagird dəm qazından boğulub.

Ucnoqta.az xəbər verir ki, H.Axundov adına 3 nömrəli məktəbin 2-ci sinif şagirdi Dadaşzadə Tahir Tamerlan oğlu yaşadığı evdə dəm qazı səbəbindən ölüb.

Hadisə zamanı uşağın anasının da dəm qazından zəhərləndiyi, vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.///unikal

Xəbər xətti