Xorvatiya Ukraynaya qoşun göndərməyəcək

00:47 - 7 Yanvar 2026 - DÜNYA

Zaqreb atəşkəs razılaşması əldə edildikdən sonra belə, Ukrayna ərazisinə Xorvatiya hərbi kontingenti göndərmək niyyətində deyil.

Ucnoqta.az xəbər verir ki, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bunu Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra açıqlayıb.

"Atəşkəs və sülh razılaşması əldə edildikdən sonra Xorvatiya əsgərləri Ukrayna ərazisindəki "könüllülər koalisiyası"nın beynəlxalq qüvvələrində iştirak etməyəcəklər" - Xorvatiya Baş naziri açıqlamasında yazıb. 

Xəbər xətti