ABŞ-nin Venesueladakı hərbi əməliyyatı təhlükəli və dəhşətli bir presedent yaradır.
Ucnoqta.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançes bunu mətbuat konfransında bildirib.
O, İspaniya hökumətinin açıq-aşkar qanunsuz, beynəlxalq hüququ pozan və yeganə məqsədi təbii sərvətlərini ələ keçirmək üçün başqa bir ölkənin hökumətini dəyişdirmək kimi görünən hərbi əməliyyatların qanuniliyini tanıya bilməyəcəyini bildirib.
Sançes bildirib ki, "Karakasdakı əməliyyat dünyanı qeyri-müəyyənlik və qeyri-sabitliklə dolu bir gələcəyə doğru itələyən dəhşətli və çox təhlükəli bir presedent yaradır".