Somaliland bu aviaşirkətin respublikaya uçuşlarını qadağan etdi

15:17 - 7 Yanvar 2026 - DÜNYA

Somaliland hakimiyyəti Cibutinin milli aviadaşıyıcısı "Air Djibouti"nin özünü elan etmiş respublikaya uçuşlarını qadağan edib.

Ucnoqta.az bildirir ki, bu barədə Somali Guardian xəbər portalı məlumat verib.

"Air Djibouti" Somalilanda həftədə dörd uçuş həyata keçirirdi, onların əksəriyyəti paytaxt Hargeisaya idi.

Nəşrin məlumatına görə, bu addım İsrailin Somalilandı ötən ay tanımasından sonra yaranan diplomatik münaqişəni kəskin şəkildə artırıb.

Xəbər xətti