Usta avtomobillərin ehtiyat hissələrini oğurlayıb satdı

11:52 - 7 Yanvar 2026 - HADİSƏ

Qaradağ rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Kamaz” markalı yük avtomobilinin 300 manat dəyərində ehtiyat hissəsini oğurlayıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı T.Əliyev və 31 yaşlı S.İsgəndərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma zamanı T.Əliyevin avtomobil ustası olduğu, rayon ərazisində daha 2 yük avtomobilinin ehtiyat hissələrini oğurlayaraq satdığı məlum olub.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti