ABŞ-ın Venesuela neftini oğurlamaq niyyəti yoxdur. Vaşinqton yalnız Venesuela enerji satışından əldə edilən satışları və pul vəsaitlərinin hərəkətini nəzarətdə saxlamağa çalışır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika naziri Kris Rayt bildirib.
"Biz yalnız Venesuelada satışları və pul vəsaitlərinin hərəkətini nəzarətdə saxlayırıq ki, vəsaitlər Venesuela xalqının həyatını yaxşılaşdırmaq və amerikalılar üçün riskləri azaltmaq üçün istifadə olunsun. Biz heç kimin neftini oğurlamırıq" - o, CNBC-yə verdiyi müsahibədə bildirib.
Rayt həmçinin bildirib ki, ABŞ-nin Venesuelada əməliyyat keçirdiyi gün, 3 yanvarda, Bolivar Respublikasında fəaliyyət göstərmək perspektivlərini müzakirə etmək üçün üç böyük neft şirkətinin rəhbərlərinə zəng edib.
O, həmçinin qeyd edib ki, neft şirkətləri hələ Venesuelaya böyük məbləğdə investisiya qoymağa hazır deyillər. "