Böyük Britaniya münaqişə həll edildikdən sonra Ukraynada ABŞ-ın rəhbərlik etdiyi atəşkəs monitorinq missiyasında iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer bunu Parisdə keçirilən "könüllülər koalisiyası"nın iclasından sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Biz ABŞ-nin rəhbərlik etdiyi istənilən atəşkəsin monitorinqində və yoxlanılmasında iştirak edəcəyik", - deyə o bildirib.