Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in inzibati binası qarşısında qarşısında toplaşıb.
Ucnoqta.az xəbər verir ki, aksiyada təxminən əlliyə yaxın stomatoloq iştirak edir.
Onlar ixtisar qərarlarının ləğv edilməsini və bu məsələyə yenidən baxılmasını tələb edirlər.
Xatırladaq ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında sözügedən məsələ toxunmuşdu:
"İlin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bu günədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Deməli, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil.
Vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır. Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib".///milli.az