Kürd koalisiyası olan Suriya Demokratik Qüvvələri (SDQ) qüvvələri Hələb şəhərində Suriya ordusunun mövqelərinə pilotsuz təyyarələrlə zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, SANA xəbər agentliyinin məlumatına görə, bir əsgər həlak olub, bir neçəsi yaralanıb.
Agentliyin məlumatına görə, zərbələr kürdlərin yaşadığı Şeyx Maqsud məhəlləsi yaxınlığında baş verib. Hakimiyyət orqanları Hələb-Qaziantep (Türkiyənin cənubundakı şəhər) yolunu bağlamaq qərarına gəlib.