Venesuelaya müdaxilə Üçüncü Dünya Müharibəsinin qarşısının alınmasını zəiflədir - BMT

14:25 - 6 Yanvar 2026 - DÜNYA

ABŞ-nin Venesuelaya müdaxiləsi BMT-ni üçüncü dünya müharibəsinin qarşısını almaq üçün mövcud olan yeganə mexanizm kimi zəiflədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib.

"Venesuelanın suverenliyini və BMT Nizamnaməsini pozan bu hərbi müdaxilə beynəlxalq təhlükəsizlik arxitekturasına zərər verir və hər bir ölkəni daha az təhlükəsiz edir. Bu, üçüncü dünya müharibəsinin qarşısını almaq üçün sahib olduğumuz yeganə mexanizmi - Birləşmiş Millətlər Təşkilatını zəiflədir" -o, Britaniyanın "The Guardian" qəzetində dərc olunmuş məqaləsində yazıb.

Xəbər xətti