Məktəblərdə 5 gün dərs olmayacaq: Yanvarın 27-dən...

09:29 - 6 Yanvar 2026 - Cəmiyyət

2025–2026-cı tədris ilində qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək.

Ucnoqta.az xəbər verir ki, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” qərarına əsasən, məktəblilərin qış tətili ənənəvi olaraq yanvar ayının son həftəsinə təsadüf edir.

Tətil müddəti başa çatdıqdan sonra fevralın 1-i bazar gününə düşdüyü üçün şagirdlər ikinci yarımilə 2 fevral tarixindən etibarən başlayacaqlar.

Xəbər xətti