Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ABŞ məhkəməsindəki məhkəmə dinləmələri 2027-ci ilə qədər başlamaya bilər.
Ucnoqta.az bildirir ki, Bloomberg xəbər verir.
Agentliyin məlumatına görə, məhkəmədən əvvəl bir neçə dinləmənin keçirilməsi gözlənilir və bu dinləmələr zamanı tərəflər bir-birlərinə baxış üçün dəlillər təqdim edəcək və vəsatətlər verəcəklər.
Maduronun vəkili əvvəllər "WikiLeaks"in qurucusu Culian Assancı təmsil edən Barri Pollakdır. Floresin vəkili Mark Donnellidir. Təqsirləndirilən şəxslərin zəruri hallarda vəkil dəyişdirmək hüququ var.
Qeyd olunur ki, Venesuela liderinin və həyat yoldaşının azadlığa buraxılması ehtimalı azdır.