25 ildə ilk dəfə olaraq Almaniyanı tərk edən Polşa vətəndaşlarının sayı Almaniyaya köçənlərdən daha çoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyası məlumat verib.
Məlumata görə, Almaniyaya yeni gələnlərlə Almaniyadan gedənlər arasındakı fərq mənfiyə çevrilərək 12.000-dən çox insan təşkil edib. Almaniyaya cəmi 76.320 nəfər mühacirət edib, 88.388 vətəndaş isə Polşaya qayıdıb.
QQeyd olunur ki, bu vəziyyət Almaniyada iqtisadi vəziyyətin pisləşməsi və Polşa iqtisadiyyatının böyüməsi, eləcə də Almaniya daxilində ayrı-seçkiliklə bağlıdır.