Almaniyanın keçmiş kansleri Angela Merkel Almaniyanın hazırkı baş naziri Fridrix Merzin ad günü qəbuluna dəvət almayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.
Merz noyabrın 11-də ad gününü qeyd edir. Onun 70 yaşı tamam olacaq və bu, onu 1963-cü ildə 87 yaşında istefa verən Konrad Adenauerdən sonra vəzifədə olan ən yaşlı Almaniya kansleri edəcək.
Agentliyin məlumatına görə, artıq bəzi dəvətnamələr göndərilib, lakin proses hələ tamamlanmayıb. Merkelin nəhayət bayrama dəvət edilib-edilməyəcəyi hələ də bəlli deyil.
Agentlik qeyd edir ki, Merkel və Merzin münasibətləri uzun müddətdir, xüsusən də Merkelin kanslerliyi dövründə gərgin olub.