Tramp tariflərə milli təhlükəsizlik məsələsi kimi baxır

21:23 - 21 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ticarət tariflərinin tətbiqini milli təhlükəsizlik məsələsi kimi gördüyünü deyib.

Ucnoqta.az xəbər verir ki, Amerika prezidenti Ağ Evdə çıxışı zamanı vurğulayıb. 

"Mən sizə bunu deyəcəyəm: tariflər milli təhlükəsizliyə bərabərdir. Bunu unutmayın. Tariflər bizi zəngin ölkəyə çevirdi. Onlar bizə böyük müdafiə verdilər. Onlar bizə başqa ölkələr üçün edə biləcəyimiz bir şey verdilər və bu, çox müsbət haldır.

Ancaq yenə də biz milli təhlükəsizlik, milli müdafiə haqqında danışırıq və onlar o qədər vacibdir ki, [əvvəlki] prezidentlərin əksəriyyətinin onlardan necə və nə vaxt istifadə edəcəyini bilməməsi inanılmazdır”, - Tramp əlavə edib.

Xəbər xətti