İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) bazar ertəsi günü Livanın hava məkanında qalıb, gün ərzində Beyrut və onun cənub ətrafları üzərində kəşfiyyat uçuşları həyata keçirib.
Ucnoqta.az xəbər verir ki, Elnashra xəbər portalı İsrail kəşfiyyat təyyarələrinin günorta saatlarında Baabda prezident sarayının səmasında bir neçə dəfə peyda olmasının Livan vətəndaşlarının hiddətinə səbəb olduğunu bildirib.
Parlament üzvü Adib Abdel Missih bəyan edib ki, İsrailin PUA-nın Beyrut və Baabda üzərində uçuşları dövlət suverenliyinin kobud şəkildə pozulmasıdır.
Pilotsuz təyyarələrin uğultuları gün ərzində şəhərin mərkəzi rayonlarında, əhalinin sıx məskunlaşdığı Dahiya, Cnah və Hadasın kənarlarında, eləcə də Aramoun, Bshamoon və Khalde şəhərətrafı ərazilərində eşidilib.
Yerüstü hədəflərə heç bir hücum baş verməsə də, yerli sakinlər İsrailin intensiv pilotsuz uçuşlarından çox təşvişə düşüb və "Hizbullah"ın şübhəli hədəflərinə reydlərin davam edə biləcəyindən ehtiyat ediblər.