İşdən çıxarıldığı deyilən Ramiz Mehdiyevin gəlini danışdı

13:53 - 22 Oktyabr 2025 - Xəbər

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri olan gəlini Nigar Mehdiyevanın işə çıxmaması ilə bağlı məlumat yayılıb.

Ucnoqta.az xəbər verir ki, Manset.az məsələni dəqiqləşdirmək üçün Nigar Mehdiyeva ilə əlaqə saxlayıb. O, hazırda iş başında olduğunu bildirib:

"Mən işdəyəm. Hazırda iclasdayam. Bu məsələlərə şərh vermək istəmirəm"– deyə Nigar Mehdiyeva qeyd edib.

Əməkdaşımızın qayınatası Ramiz Mehdiyevlə bağlı sualını isə Nigar Mehdiyeva cavablandırmaqdan imtina edib və telefon zəngini sonlandırıb.

Xəbər xətti