BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 24-25-də Vyetnamda rəsmi səfərdə olacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Vyetnam Xarici İşlər Nazirliyinin yaydığı kommünikedə bildirilir.
Bildirilir ki, Vyetnam Sosialist Respublikasının Prezidenti Luonq Kuonqun dəvəti ilə BMT-nin Baş katibi Antonio Quterreş oktyabrın 24-25-də Vyetnamda rəsmi səfərdə olacaq və BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanması mərasimində iştirak edəcək.