Litvanın hava məkanına qaçaq siqaret daşıyan çoxlu sayda hava şarlarının daxil olması və uçuş təhlükəsizliyini təhdid edən insident səbəbindən Litva Belarusla sərhədini bağlamağı müzakirə edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə prezidentin müşaviri Deividas Matulionis LRT milli radiosunda bildirib.
Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, çərşənbə axşamı təxminən saat 23:00-dan etibarən Litvanın hava məkanında siqaret qaçaqmalçılarının Belarusdan Litvaya siqaret keçirmək üçün istifadə etdiyi bir neçə onlarla hava şarı aşkar edilib.