Muxtar Babayev keçmiş kadrına yüksək vəzifə verdi

16:56 - 21 Oktyabr 2025 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsindən azad edilib. 

Faiq Mütəllimov öz istəyi ilə şöbə müdiri vəzifəsindən ayrılıb.

O, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsinin köməkçisi təyin olub.

2013-cü ildən nazirlikdə işləyən Faiq Mütəllimov 2021-ci ildən Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsində çalışırdı. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir.///qaynarinfo

Xəbər xətti