Böyük Britaniya Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığı dərinləşdirmək üçün “Həyat Təhrir əş-Şam”ı terror təşkilatları siyahısından çıxarıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər və Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, hökumətin HTŞ-ni qadağan olunmuş terror təşkilatları siyahısından çıxarmaq qərarı Suriyanın yeni hökuməti ilə daha sıx əlaqələri asanlaşdıracaq və Böyük Britaniyanın həm xarici, həm də daxili siyasətində terrorla mübarizədən tutmuş miqrasiya və kimyəvi silahların ləğvinə qədər prioritetlərini dəstəkləyəcək.