Azadlıq meydanının qarşısında hərəkət məhdudlaşdırılacaq

16:15 - 21 Oktyabr 2025 - Xəbər

21 oktyabr saat 23:00-dan etibarən Bakı şəhəri Səbail rayonu, Neftçilər prospektinin Azadlıq meydanının qarşısından keçən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti işlər tamamlanana qədər məhdudlaşdırılaraq meydan ərazisindən təmin ediləcək.

Ucnoqta.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qeyd olunan səbəbdən, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, göstərilən ərazidə hərəkət zamanı ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi riayət etmələri xahiş olunur.

Xəbər xətti