Macarıstanın Aİ-nin Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin qəbuluna müdaxilə etmək niyyəti yoxdur.
Ucnoqta.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Nazir vurğulayıb ki, Budapeşt yeni anti-Rusiya məhdudiyyətlər paketindən Macarıstanın milli maraqlarına zidd olan bütün tədbirləri çıxarmağa nail olub.