Val d'Oise bölgəsini bürüyən şiddətli fırtına və tornado Ermont, Eaubonne və Frankonvil də daxil olmaqla bir neçə bölgədə əhəmiyyətli ziyana səbəb oldu.
Ucnoqta.az xəbər verir ki, bu barədə oktyabrın 20-də Fransanın “Le Parisien” qəzeti məlumat yayıb.
Val d'Oise prefekturasından bildirilib ki, bu ciddi hava hadisəsidir.
Prefekturadan verilən məlumata görə, insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb. Ermontdakı Qambetta və Rue Henri-Dunant məhəllələri, həmçinin Margence, Andilly, Cormeilles-en-Paris və Montmorency bələdiyyələri xüsusilə ağır zərbə aldı.