Kişi arvadını ad gününü qeyd edərkən döydü

20:31 - 26 Avqust 2025 - DÜNYA

Penza vilayətində ad günü şənliyi zamanı ər-arvad arasında baş verən mübahisə cinayət işi ilə yekunlaşıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Bessonovski rayonunda qadının ad günü şənliyi zamanı sərxoş halda əri ilə arasında mübahisə yaranıb. Qadın ərindən qorxaraq evə girib və qapını bağlayıb. Lakin əri pəncərədən otağa daxil olaraq onun üzünə və bədəninə bir neçə zərbə endirib.

Zərərçəkmiş tibb müəssisəsinə gedib, oradan polisə qadına vurulan bədən xəsarəti barədə məlumat verilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Bu maddənin cəzası 3 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Xəbər xətti